Astara beynəlxalq turnirin ev sahibi olacaq

Astara beynəlxalq turnirin ev sahibi olacaq


Avqustun 28-dən 30-dək Astara Olimpiya İdman Kompleksində "Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə IX Dünya Kuboku yarışları keçiriləcək.
Yarışlarda dünyanın on bir ölkəsinin (Ukranya, Polşa, Türkiyə, İran, Gürcüstan, Moldova, ABŞ, Bolqarıstan, İsrail, Rusiya, Azərbaycan) idmançıları müxtəlif çəki dərəcələrində üç yaş qrupu üzrə (12-14 və 15-18 yaşlılar, 18 yaşdan yuxarı) mübarizə aparacaqlar.
Dünya kuboku yarışlarında Azərbaycanı Abşeron, Lənkəran, Qazax, Sumqayıt, Goranboy, Şamaxı, Lerik, Qobustan, Neftçala, İsmayıllı və Yevlax rayonlarında fəaliyyət göstərən 12 idman klubunun 48 idmançısı təmsil edəcək.
Beynəlxalq turnirin açılış mərasimi avqustun 28-də Astara Dənizkənarı Park-Bulvar Kompleksinin ərazisində həyata keçiriləcək. Mərasimdə Gənclər və İdman Nazirliyinin, Astara Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ağır Atletika Federasiyasının və "Zirvə” Beynəlxalq İdman Klubunun rəhbərlərinin iştirakı nəzərdə tutulub.