Ruslan Abışov yenə ehtiyatda qaldı

Ruslan Abışov yenə ehtiyatda qaldı

Rusiya Premyer Liqasında XXIV turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası "Rubin” Kazanda "Rostov”u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Millimizin futbolçusu R. Abışov bu görüşdə Premyer Liqada debüt etməyə yaxın idi. Onun adı "18-liy”ə daxil edilsə də, baş məşqçi Qurban Berdıyev ona yenə şans verməyib.
Qeyd edək ki, 24 oyundan sonra 40 xal toplayan "Rubin” turnir cəvəlinin 4-cü pilləsində qərarlaşır.