Qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək

Qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək

Oktyabrın 3-4-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən "Beşbarmaq” dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək. Yarış kişilər və qadınlar arasında təsnifat, yarımfinal və final olmaqla üç mərhələdə təşkil olunacaq.