Avropa Oyunlarının qalibi Rusiyada qızıl medal əldə edib

Avropa Oyunlarının qalibi Rusiyada qızıl medal əldə edib


Azərbaycanın taekvondo üzrə yığmasının üzvləri Rusiya açıq çempionatının ilk günündə bir qızıl və bir bürünc medal qazanıblar.
80 kiloqram çəki dərəcəsində Avropa Oyunlarının qalibi Milad Beigi Harçeqani yarışın finalında sabiq dünya çempionu Tahir Güleçi (Almaniya) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) isə bürünc medala sahib olub.