Avtomobil şousunda qəza baş verib

Avtomobil şousunda qəza baş verib


Maltada keçirilən avtomobil şousunda ağır qəza baş verib.
"Porsche 918” idarəetməni itirib. Nəticədə avtomobilin bir təkəri və bəzi hissələri azarkeşlərin üstünə düşüb. Qəza nəticəsində 21 nəfər xəsarət alıb.
Üç nəfərin durumunun ağır olduğu bildirilir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Avtomobilin sükanı arxasında peşəkar sürücünün olduğu deyilir. Qəza nəticəsində sürücü də ağır xəsarət alıb. Ancaq həkimlər onun həyatına təhlükənin olmadığını bildiriblər.
Şounun təşkilatçıları araşdırma aparılacağını deyiblər. İlkin məlumata görə, hadisə texniki nasazlıq ucbatından baş verib.