Dağ Velosipedi Parkında mərhələ yarışları təşkil ediləcək

Dağ Velosipedi Parkında mərhələ yarışları təşkil ediləcək


Azərbaycan Velosiped İdmanı Federasiyası oktyabrın 25-də Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 3-cü mərhələ yarışını keçirəcək. Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edəcəklər.
Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışda Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunda olan idmançılar isə 3 dövrə vuracaqlar.
Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 3-cü mərhələsinə dəvət edir. Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər. Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.