«Real» klubunun hücumçusu Kriştianu Ronaldunun rəfiqəsi İrina Şeyk «Barselona» lideri Leonel Messinin futbolkasını cırmaqdan imtina edib. Bu hadisə Yunanıstanın MTV telekanalında nümayiş etdirilən gecədə baş verib.
Messinin köynəyini qayçı ilə kəsməyi Şeykdən müsahibə götürən jurnalist xahiş edib. Kriştianu Ronaldunun rəfiqəsi isə nəinki bundan imtina edib, hətta qayçını qaytararkən özünü elə göstərib ki, guya jurnalistin saçını kəsir.