Millimizin Avropa çempionatındakı çıxışı qənaətbəxş qiymətləndirilib

Millimizin Avropa çempionatındakı çıxışı qənaətbəxş qiymətləndirilib

Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət U-18 yığma komandasının Cəbəllütariqdə keçirilən Avropa çempionatında ("C” divizionu) çıxışı müzakirə edilib. Toplantıda, həmçinin müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında XXIII ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001-ci və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək "Samsung” kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yekunda ABF Rəyasət Heyətinin qərarı ilə U-18-in Avropa çempionatında çıxışı qənaətbəxş sayılıb. Həmçinin U-18 komandasına Tahir Baxşıyev, U-16 kollektivinə Samit Nuruzadə, U-14 yığmasına isə Fuad Niftəliyev baş məşqçi təyin olunub.
İclasda ABF-nin işçi orqanlarına da bəzi təyinatlar edilib.