Birincilikdə 42 idmançı mübarizə aparıb

Birincilikdə 42 idmançı mübarizə aparıb

Noyabrın 7-8-də "Veteran Ağır Atletlər” İctimai Birliyinin idman zalında 2000-ci il və daha kiçik yaşlı oğlan və qızlar arasında ağır atletika üzrə şəhər birinciliyi keçirilib. Yarışda "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı və "Zirvə” İdman klubunun 42 ağır atleti qüvvəsini sınayıb. İki gün ərzində keçirilən yarışda Günel Muxtarlı (36 kq) qızlar arasında birinci yeri tutub. Turan Əliyev (26 kq), Məhəmməd Hacıyev (30 kq), Cavidan Muxtarlı (34 kq), Fizuli Hüseynli (38 kq), Murad Əliyev (42 kq), Novruz Muxtarlı (46 kq), Əli Şükürlü (50 kq), Nahid Rzayev (56 kq), Xəyal Ziyadov (62 kq), Rəsul Nəsurullayev (69 kq) və Sadiq Əhmədzadə (77 kq) isə oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.