FİFA-nın baş katibi Jerom Valke Bostonda baş verən terror hadisəsi ilə əlaqədar 2014-cü ildə Braziliyada dünya çempionatında təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini bəyan edib. Xatırladaq ki, aprelin 15-də baş tutan Boston marafonu zamanı iki partlayış baş verib. Hadisə nəticəsində 144 nəfərin zərər çəkdiyi bildirilir.
Valkenin sözlərinə görə, mundialda təhlükəsizliyi xüsusi xidmət orqanlarının agentləri, polislər, hərbçilər və İnterpolun nümayəndələri təmin edəcəklər. O, həmçinin sputniklə ölkənin nəzarətdə saxlanacağını da bildirib.