“Yuventus” “Samsung”dan 120 milyon avro ala bilər

“Yuventus” “Samsung”dan 120 milyon avro ala bilər



"Yuventus” "Samsung” şirkətilə sponsorluq müqaviləsi barədə danışıqlar aparır. "Sportmediaset”in məlumatına görə, sövdələşmənin məbləği 120 milyon avro təşkil edəcək.
Anlaşma 5 illik müddəti əhatə edəcək. "Samsung” həmçinin klubun arenasının adını almaq niyyətindədir. Əgər bu alınarsa, həmin stadion "Samsung-Juventus Stadium” adını daşıyacaq.
Sövdələşmənin baş tutacağı halda "Yuventus” PSJ-nin futbolçuları - Zlatan İbrahimoviç və Marko Verrattini, həmçinin "Bavariya”nın maraqlandığı yarımmüdafiəçi Arturo Vidalı heyətdə saxlamağa çalışacaq.


Yeri gəlmişkən, "Yuventus” yeni mövsüm ərəfəsində ABŞ-da keçiriləcək hazırlıq turnirində çıxış edəcək 8 klubdan biri olacaq. Təşkilatçıların açıqlamalarına görə, həmçinin "Real”, "İnter” və "Los Anceles Qalaksi” komandaları da yarışda iştiraka razılıq veriblər. Onlardan başqa, "Milan”, "Qalatasaray” və İngiltərənin iki aparıcı klubu ilə də danışıqlar aparılır.
Çempionların beynəlxalq kuboku" adlanacaq turnirin ilk oyunu iyulun 27-də Avropada baş tutacaq. Sonra isə oyunlar yeddi gün ərzində ABŞ-da keçiriləcək. Ainal, həmçinin 3-cü, 5-ci və 7-ci yerlər uğrunda qarşılaşmaların avqustun 6-7-də Mayamidəki "San Layf” stadionunda baş tutacağı gözlənilir.