FİFA-dan Liviya yığmasına müsbət cavab

FİFA-dan Liviya yığmasına müsbət cavab


Beynəlxalq futbol qurumu Liviya milli komandasının ev oyunlarını öz ölkəsində keçirməsi ilə bağlı musbət qərar verib. Qeyd edək ki, vətəndaş müharibəsi ilə əlaqədar FİFA adıçəkilən ölkəyə iki il ərzində ərazisində rəsmi matçlar keçirməsinə qadağa qoymuşdu.
Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi hakimiyyətdən getdikdən sonra isə FİFA bu qərara yenidən baxmağa məcbur olub. Belə ki, beynəlxalq futbol qurumu ölkə yığmasının ev oyunlarını doğma azarkeşləri önündə oynamasına icazə verib.
Beləliklə, DÇ-2014-ün seçmə mərhələsinin iyun ayında keçiriləcək oyunlarında Liviya Konqo Demokratik Respublikası ilə ya Tripoli də, ya da ki, Benqazi şəhərində qarşılaşacaq.
Qeyd edək ki, Liviya yığması DÇ-2014-ün seçmə mərhələsində hələ uduzmayıb. Ölkə yığması 3 oyundan 1 qələbə qazanıb və 2 heç-heçə edib.