“Qara Mamba”nın qeyri-adi portreti

“Qara Mamba”nın qeyri-adi portreti

Çinli tələbələr qeyri-adi yaradıcılıqla bütün dünyaya səs sala bilib. Tələbələr qar üzərində məşhur basketbol ulduzu, "Leykers”in əfsanəsi Kobi Brayantın portretini çəkiblər. Bu qeyri adi portreti yaratmaq üçün 4 saat vaxt sərf olunub. Tələbələr Kobinin portretini basketbol meydançasında "əbədi 24” sözləri ilə təsvir ediblər. İdeya müəllifi olan 2-ci kurs tələbəsi və həm də gələcəyin heykəltəraşı Vey Soydun irəli sürdüyü təşəbbüslə bağlı bunları deyib:
"Kobi üçün nəsə etməyi çoxdan düşünürdüm. Amma hələ təqaüdə çıxmadığı üçün gözləyirdim. Artıq onun sonuncu mövsümünü keçirdiyini bilirik. İnternetdə Kobinin yaxşı şəkillərini axtardım. Eləsini axtarırdım ki, o, hazırda olduğu kimi görünsün”.
Soydun 8 nəfərlik qrupla 4 saata bu işi bacarıb. Qeyd edək ki, "Qara Mamba” ləqəbli basketbolçu Çində çox populyardır. 2013-cü ildə bu ölkəyə səfəri zamanı 15 minə yaxın pərəstişkarı Brayantı görmək üçün küçələrə axışmışdı.