Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları açıqlandı

Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları açıqlandı


2017-c ildə keçiriləcək basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb. Belə ki, çempionatın seçmə qrup və final mərhələləri Türkiyə, Finlandiya, İsrail və Rumıniyada təşkil ediləcək.
Türkiyə seçmə mərhələnin bir qrupunun oyunlarına və 16 komandadan ibarət final mərhələsinə ev sahibliyi edəcək. Oyunlar İstanbulda yerləşən Abdi İpekçi və Sinan Erdem adına idman komplekslərində keçiriləcək.