Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində inşa edilən stadion və məşq meydançalarında görülən işlərlə tanış olub. Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisindəki Sumqayıt İdman Mərkəzində müasir standartlara uyğun süni və təbii ot örtüklü bir neçə məşq meydançası tikilir. Bununla yanaşı, Mehdi Hüseynzadə adına stadionun əsas meydançası da əsaslı təmirdədir və burada həm də yüksək səviyyəli təbii ot örtüyünün salınması planlaşdırılır.
Rövnəq Abdullayev təmir-tikinti işləri ilə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.