"De Telegraaf” nəşrinin məlumatına görə, "PSV Eyndhoven”in baş məşqçisi Dik Advokat yeni mövsümdən "Anji”ni çalışdıra bilər. Hazırda Mahaçqala komandasına rəhbərlik edən Qus Hiddinkin yayda karyerasını bitirmək ehtimalı olduğundan, "Anji” klubun rəhbərliyi yeni baş məşqçi axtarışındadır. Mənbənin məlumatına görə, Advokat "Anji”ni çalışdırmağa əsas namizəd sayılır.
Xatırladaq ki, Advokat "PSV Eyndhoven”lə iyunda başa çatacaq müqaviləsini uzatmayacağını açıqlayıb. 65 yaşlı hollandiyalı mütəxəssisin əvvəllər Rusayadan təklif gözlədiyi də deyilirdi.
Yeri gəlmişkən deyək ki, "Anji”nin rəsmi saytı Hollandiya mətbuatının mövzu ilə bağlı xəbərlərini təkzib edərək Advokatla danışıqlar aparmadıqlarını acıqlayıb.