Böyükağa Hacıyevin cəzası yüngülləşdirildi

Böyükağa Hacıyevin cəzası yüngülləşdirildi

Ötən həftə AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Yığıncaqda "Neftçi” klubunun məşqçilərinin cəzalanması ilə bağlı müraciətinə baxılıb.
Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin bakılıların baş məşqçisi Böyükağa Hacıyev barədə çıxardığı qərar yüngülləşdirilib. 10 oyunluq cəza alan baş məşqçi bağışlanıb.
Belə ki, AFFA və PFL-in ünvanına xoşagəlməz ifadələr işlədən məşqçinin cəzası cəmi 3 oyuna endirilib. Digər 7 oyunluq cəza isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə ləğv olunub. Bu yarım illik sınaq müddəti ərzində baş məşqçi analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Bu güzəşt B. Hacıyevdən fərqli onun köməkçisi Bəxtiyar Musayevə şamil edilməyib. 5 oyunluq cəzalanan məşlqçi ilə bağlı qərar qüvvədə saxlanılıb.