Masallıda futbol üzrə rayon birinciliyi keçirilir

Masallıda futbol üzrə rayon birinciliyi keçirilir

Masallıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirilir.
Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə dairəvi sistem üzrə 4 qrupda keçirilən rayon birinciliyində öz qruplarında 1 və 2-ci yerləri tutan komandalar yarışların final mərhələsində mübarizəni davam etdirmək hüququ qazanacaqlar.
Birinci qrupa daxil olan 10 komanda Ərkivan qəsəbə stadionunda, ikinci qrupun tərkibindəki 10 komanda Masallı şəhərindəki 3 nömrəli orta məktəbin futbol meydançasında, üçüncü qrupa daxil olan 8 komanda Şərəfə kənd stadionunda, dördüncü qrupdakı 8 komanda isə şəhər 3 nömrəli orta məktəbin idman meydançasında mübarizə aparır. Futbol üzrə rayon birinciliyinin final oyunları Anatoli Banışevski adına Masallı şəhər mərkəzi stadionunda keçiriləcək. Qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim ediləcək.