Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib

Gələn il mayın 12-22-də keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib. Olimpnews.az saytının məlumatına görə, İslamiadada basketbolçular klassik basketbol üzrə deyil, yeni növdə yarışacaqlar. Onlar Bakı-2015 Avropa Oyunlarında olduğu kimi, basketbolun 3X3 növündə mükafatçıları müəyyən etmək üçün meydançaya çıxacaqlar. Ölkəmizin ev sahibliyi edəcəyi bu yarışlarda həm kişi, həm də qadın basketboluçulardan ibarət komandalarımız qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatında da iştirak edəcəklər.

Xatırladaq ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət yığması klassik basketbolda tarix yazmışdı. Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına sahib olmuşdu.