"AtaBank” ASC-nin dəstəyi ilə "AtaHoldinq” şirkətlər qrupunun əməkdaşları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş mini futbol turniri keçirilir. Yarışda müxtəlif adlarda "AtaHoldinq” şirkətlər qrupuna daxil olan şirkətlərin futbol komandaları mübarizə aparır.
Aprelin 20-də turnirin açılış mərasimi olub. Tədbirdə "AtaBank” ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı turnirin əhəmyyətindən danışaraq, ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan söhbət açıb. O bildirib ki, bu uğurlu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Yarışda 16 komanda mübarizə aparır. Turnirdə fərqlənən komandalara pul mükafatları veriləcək.