Aprelin 19-da "II Gənclər Kuboku” futbol turnirinin təqdimatı olub. Turnir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunub.
Turnirin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idmanı inkişaf etdirmək, futbola marağı artırmaqdır. Turnir mayın 1-dən 17-dək keçiriləcək. Turnirdə Azərbaycanın müxtəlif regionlarından 32 gənclər təşkilatı iştirak edəcək. Hazırda turnirdə iştirak etmək üçün 35 təşkilat müraciət edib. Qeyd edək ki, turnir Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, "İrəli” İdman Mərkəzinin dəstəyi ilə keçirilir.