Metropolitençilər yubileyə mini futbol turniri ilə başlayıblar

Metropolitençilər yubileyə mini futbol turniri ilə başlayıblar

Bakı Metropolitenində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş idman yarışları 3 idman növü - mini futbol, stolüstü tennis və şahmat üzrə təşkil olunub.
Yarışlara mini futbol turniri ilə start verilib. 12 kollektiv 3 qrupda mübarizə aparır. İlk dəfə turnirdə metropolitençi veteranlar komandası da iştirak edir. Aprelin 22-də şahmat və stolüstü tennis üzrə şəxsi birinciliyə start veriləcək. Turnirlər ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində başa çatacaq. Qalib və fərqlənənlərə metropoliten rəhbərliyinin və Həmkarlar İttifaqı Birliyinin təsis etdiyi mükafat və hədiyyələr təqdim olunacaq.