Yığmamız «Paxtakor»un stadionunda oynayacaq

Yığmamız «Paxtakor»un stadionunda oynayacaq


Azərbaycanın veteranlardan ibarət yığma komandasının Özbəkistanla keçirəcəyi yoldaşlıq oyununun vaxtı və yeri müəyyənləşib. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşü Daşkəndin «Paxtakor» mərkəzi stadionunda baş tutacaq.
25 min azarkeş tutumuna malik arenadakı görüşün başlama saatı da bəllidir. Aprelin 27-dəki qarşılaşma saat 17:30-da başlayacaq. Matçdan saat yarım əvvəl - 16:00-da isə oyuna həsr olunan tədbirə start veriləcək.