"AS” nəşrinin məlumatına görə, "Real”ın təcrübəli kapitanı İker Kasilyas klubunu dəyişməklə bağlı bir neçə təklif alıb. Xüsusilə
bu məsələdə "Arsenal” və "Liverpul”un fəallıq göstərdiyi bildirilir. Transferin mümkün məbləğinin 20 milyon avro olduğu deyilir. "AS” Kasilyasa yaxın mənbələrə istinad edərək qapıçının komandadakı hazırkı vəziyyətindən narazı olduğunu və ehtiyat qapıçı statusunda qalmaq istəmədiyini iddia edir.
Xatırladaq ki, Kasilyas zədələndikdən sonra "Real”ın əsas heyətindəki yerini Dieqo Lopesə verməli olub. Kasilyas sonuncu dəfə yanvarın 23-də meydana çıxıb. Dieqo Lopes isə yanvarın 30-dan bəri "Real”ın heyətində ümumilikdə 15 oyun keçirib.