“Atletiko”nun “ulduzları” Bakıya toplaşır

“Atletiko”nun “ulduzları” Bakıya toplaşır

Dünyaca məşhur Madridin "Atletiko” klubunun üzvləri aprelin 28-dən etibarən şəhərimizin qonaqları olacaqlar. "Bakı”nın saytının yaydığı məlumata görə, "Atletiko” klubunun nümayəndələrinin üç gün ərzində paytaxtımızda təşkil olunacaq müxtəlif tədbirlərdə iştirakı gözlənilir.
Qeyd edək ki, aprelin 30-da isə Tofiq Bəhramov adına Respublika stadionunda "Atletiko” və "Azərbaycan ulduzları” (All Star of Azerbaijan) komandaları üz-üzə gələcəklər.