Bazar günü 17 yaşadək futbolçulardan ibarət yığmamızın (U-17) təlim-məşq toplanışı keçiriləcək. Nikolay Adamın yetirmələri aprelin 28-dən mayın 7-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər.
Toplanışda iştirak edəcək futbolçular bunlardır: Ağaseyid Qasımov, Kamran Nəsirov (hər ikisi "Qarabağ”), Nurlan Quluzadə, Elməddin Məmmədov, Emil Həsənzadə (hər üçü "Neftçi”), Yusif Şirinov, Roman Hüseynov, Emin Zamanov, Vüqar Əlibabayev, Bəhlul Mustafazadə, Fərid Əsədli, Yusif Nəbiyev (hamısı "Qəbələ”), Mahir Mədətov, Umar Akmurzayev, Renat Ağaverdiyev, Nəriman Novruzlu (hamısı "Bakı”), Elnur Cəfərov ("Xəzər Lənkəran”), Fərid Kərimzadə (Sumqayıt), Rəsul Babazadə (İnter), Elgün Uluxanov (SSKA, Rusiya), Şahban Cəbrayilov ("Anji” Mahaçqala, Rusiya), Bəhram Tağıyev (UGİM-80 Moskva, Rusiya), Ruzigar İbrahimzadə ("Fundasion Marset”, İspaniya), Əli Əsədov ("Zarya”, Ukrayna), Teymur Cəfərov ("Qomel”, Belarus).
Qeyd edək ki, bu toplanışdan sonra mayın 8-də U-17 Qazaxıstanın paytaxtı Astanaya yollanacaq və orda "Prezident Kuboku” turnirində iştirak edəcək.