Ümummilli lider Heydər Əliyevin xatirəsinə mini-futbol turniri Vyanada təşkil edilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə mini-futbol turniri Vyanada təşkil edilib

Aprelin 27-də Avstriyanın Vyana şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev” kuboku uğrunda mini-futbol turniri keçirilib.
Turnir Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyanada təhsil alan azərbaycanlı gəncləri öz tərkibində birləşdirən Azərbaycan Akademik Birliyi və Londonda fəaliyyət göstərən Odlar Yurdu təşkilatı tərəfindən təşkil olunub. Tədbirdə Vyanada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Avstriyada yaşayan soydaşlarımız, idmansevərlər iştirak ediblər.



Mini-futbol turnirində Azərbaycan, Avstriya, Türkiyə, Almaniya, Bosniya və Hersoqovina, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan 8 komanda mübarizə aparıb. Gərgin keçən oyundan sonra gürcüstanlı gənclərdən ibarət komanda 2012-ci ildəki uğurunu bir daha təkrarlayıb. Gürcüstan komandası turnirin finalında türkiyəli gənclərlə qarşı-qarşıya gəlib və görüşdən "Heydər Əliyev” kubokunn sahibi kimi ayrılıb.
Xatırladaq ki, Avstriyada baş tutmuş bu turnir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Heydər Əliyev Kuboku” çərçivəsində keçirilir. Turnirin ilkin mərhələsində 8 ölkədə - Avstriya, Almaniya, Böyük Britaniya, Çexiya, Litva, Rumıniya, Rusiya və Ukrayna- qaliblər müəyyən ediləcək. Turnirin milli seçim mərhələsinin qalibləri bu il may ayının ikinci ongünlüyündə Bakıda "Böyük final”da qarşılaşacaqlar.