Baş katib tarixi qələbəyə şahidlik etdi

Baş katib tarixi qələbəyə şahidlik etdi


Futzal üzrə UEFA kubokunun qalibi müəyyənləşib. AFFA-nın baş katibi Elxan Məmmədovun Tiflisdə izlədiyi final matçında "Kayrat” Moskvanın "Dinamo” klubunu 4:3 hesabı ilə məğlub edib.
Bununla da, Qazaxıstan çempionu tarixi qələbə qazanıb. Final mərhələsinin digər iştirakçıları - meydan sahibləri "İberia Star”la "Barselona” isə 3-cü yer uğrunda müybarizə aparıblar. Üstün oyun nümayiş etdirən ispanlar 4:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, Elxan Məmmədov Gürcüstan Futbol Federasiyasının dəvəti ilə final mərhələsinin matçlarını izləməyə gedib.