Veteranların oyununda böyükhesablı heç-heçə

Veteranların oyununda böyükhesablı heç-heçə


Aprelin 27-də Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə Azərbaycan və Özbəkistanın futbol veteranları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.
Oyunda topa ilk toxunuşu Azərbaycan və Özbəkistanın xalq artisti, Daşkənd Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov edib. Qarşılaşmanın baş hakimi Özbəkistanda yaşayan azərbaycanlı veteran futbol hakimi Sərdar Nəcəfəliyev olub.
Oyun 4:4 hesabı ilə başa çatıb. Azamat Abduraimov və Musa Qurbanov het-trik edib. Hərəyə 1 dəfə isə Casur Abduraimov və Vəli Qasımov fərqləniblər. Hüseyn Məhəmmədov özbəkistanlı veteranların penalti zərbəsindən fərqlənməsinə imkan verməyib.
Oyun başa çatdıqdan sonra hər iki komandanın bütün üzvlərinə "Ucell” şirkətinin rəhbəri Elçin Cabbarov tərəfindən xatirə hədiyyələri təqdim olunub.