Sabah ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Dövlət Gömrük Komitəsinin güllə atıcılığı üzrə açıq birinciliyinə start veriləcək. Maştağa qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin atıcılıq tirində keçiriləcək yarışda 10 komanda mübarizə aparacaq. Birinciliyə mayın 1-də yekun vurulacaq. Komitənin növbəti açıq birinciliyi mayın 6-da şahmat üzrə təşkil olunacaq. Şahmat klubunda keçiriləcək yarışa mayın 7-də yekun vurulacaq. Qeyd edək ki, güllə atıcılığı və şahmat üzrə yarışlarda gömrük əməkdaşları ilə yanaşı, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edəcəklər.
Mayın 9-10-da isə ümümmilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Dövlət Gömrük Komitəsinin struktur bölmələri arasında futzal üzrə birincilik keçiriləcək. "ABU Arena”da keçiriləcək yarışlarda 16 komanda iştirak edəcək. Birinciliyə mayın 10-da futzal yarışlarının final oyunu ilə yekun vurulacaq.