Komanda “Formula-1”-dən imtina etdi

Komanda “Formula-1”-dən imtina etdi
 


Böyük Britaniyanın "Manor" komandası "Formula-1” çempionatında iştirakdan imtina edib.

"Olimpnews.az” "Autosport"a istinadən xəbər verir ki, buna səbəb komandanın maliyyə problemləridir.

Son iki ildə "Manor"u maliyyələşdirən biznesmen Stiven Fiçpatrik Beynəlxalq Avtomobil Federasiyasına komandanın çempionatdan çıxarılması ilə bağlı məktub göndərib.

"Formula 1”-in yeni mövsümünə martın 26-da Avstarliyanın Melburn şəhərində start veriləcək.