“Sənin dilini kəsəcəyəm”

“Sənin dilini kəsəcəyəm”

Rusiyanın "Lokomotiv” klubunun futbolçusu Roman Pavlyuçenko "NTV-Plyus” idman kanalının baş redaktoru Vasili Utkini hədələyib. Rusiya millisinin keçmiş hücumçusu məşhur futbol şərhçisinin dilini kəsəcəyinə söz verib.Bu barədə Utkin öz mikrobloqunda yazıb. Teleşərhçi "Exo Moskvı”nın efirində Pavlyuçenkonun son zamanlar Moskvadakı karaoke-klublardan birinə tez-tez baş çəkdiyini deyib. Onun sözləri futbolçunun kəskin reaksiyası ilə qarşılanıb.
Utkin mikrobloqda yazıb: "Roman Pavlyuçenko zəng etmişdi. İnanmazsınız, məni hədələyərək dedi: "Sənin dilini kəsəcəyəm”. Mən də dedim ki, buyur, işə başlamaq vaxtıdır! Xeyr, mən zarafat etmirəm. Romanın da ciddi olduğunu və ya karaokedə yaşananların təsiri altında belə danışdığını deyə bilmirəm. Yalan danışmayacağam. Mən buna görə narahat deyiləm. Çünki Roma dağılan deyil”.