Mayın 1-də "Bayıl Arena” stadionunda AFFA-nın təşkilatçılığı ilə futbol veteranları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq oyunu keçirildi. Oyundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olundu. Maraqlı mübarizə şəraitində keçən oyun heç-heçə başa çatdı.
Azərbaycan veteranları - Beynəlxalq veteranlar - 3:3
Qollar: Vəli Qasımov, 23; 41, Samir Ələkbərov, 32 - Arçil Arveladze, 6; 55, Duayt York, 58
Azərbaycan veteranları: Elxan Həsənov, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, İqor Ponomaryov, İskəndər Cavadov, Vaqif Sadıqov, Oqtay Abdullayev, Nazim Süleymanov, Maşallah Əhmədov, Yaşar Vahabzadə, Camaləddin Əliyev, Əsgər Abdullayev, Şahin Diniyev, Tərlan Əhmədov, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Arif Əsədov, Vəli Qasımov, Asif Əliyev, Müşviq Hüseynov.
Beynəlxalq veteranlar yığması: Uli Ştayn, Berti Foqts, Dario Şimiç, Tengiz Sulakvelidze, Bernhard Şuster, Edmar Bernardes Dos Santos, Arçil Arveladze, Andrey Ziqmantoviç, Tomas Stjepan, Kaxaber Tsxadadze, Duayt York, Rüştü Recber, Aleksandr Çivadze, Vaqiz Xidiyatullin, Revaz Arveladze, Nikolay Boqdanov, Nikolay Adam.
1 may. Bakı. "Bayıl Arena” stadionu.
Qarşılaşmanın birinci hissəsini ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov idarə etdi. Onun köməkçiləri Əmir Zamanov və Novil İsmayılov oldu.
Hesabı beynəlxalq veteranlar yığması
nın heyətində Arçil Arveladze açdı. Oyunun 23-cü dəqiqəsində Vəli Qasımov bərabərlik qolunu vurdu. Birinci hissə 1:1 hesabı ilə başa çatdı.
Fasilədən sonra oyunun hakimləri dəyişdi. Beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov və köməkçiləri Kərim Ağayevlə Eldar Nağıbəyov (hər ikisi beynəlxalq dərəcəlidir) ikinci hissədə ədaləti qorudular.
Qarşılaşmanın 32-ci dəqiqəsində (oyunun hər hissəsi 30 dəqiqədən ibarət oldu) Samir Ələkbərov komandamızı hesabda irəli çıxartdı. 9 dəqiqə sonra Vəli Qasımov özünün ikinci, komandasının üçüncü qolunu vuraraq üstünlüyü 2 topa çatdırdı. Oyunun 55-ci dəqiqəsində Arçil Arveladze hesab arasındakı fərqi azaltdı. Bundan 3 dəqiqə sonra Dvayt York oyunda son nöqtəni qoydu.
Beləliklə, futbol veteranları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq oyunu 3:3 hesabı ilə başa çatdı.