Xorvatiyanın "Preçko” klubunun baş məqçisi Yosip Qaşpar öz oyunçularından birinin kredit kartını oğurladığı üçün vəzifəsindən azad olunub. "Sparta Elektra” ilə oyun zamanı o, komandasının paltardəyişmə otağına daxil olaraq futbolçulardan birinin pulqabısını götürüb. Sonra Qaşpar Zaqreb mağazalarından birində 447 funt sterlinq məbləğində 36 litrlik "Yagermeyster” adlı alman likörü alıb. Oğurluğu məşqçinin etməsi videokameralar vasitəsilə müəyyənləşib.
Xatırladaq ki, 40 yaşlı Qaşpar futbolçu kimi 1992-ci ildə bir oyunda Xorvatiya yığmasının formasını geyinib.