Türkiyənin "Türk Hava Yolları” şirkəti ilə Borussiyanın (Almaniya) "Dortmund” komandası arasında sponsorluq müqaviləsi imzalanıb. Üç il müddətinə nəzərdə tutulan müqavilə gələn il qüvvəyə minəcək. Şərtlərə görə, aviaşirkətin brendi "Borussiya”nın stadionunda nümayiş olunacaq. Həmçinin şirkətə VİP-loja veriləcək. Alman komandası isə, bu müqavilə sayəsində ildə 2 milyon avro əldə edəcək. Məlumat üçün deyək ki, "Türk Hava Yolları” əvvəllər "Mançester Yunayted” və "Barselona” komandaları ilə də əməkdaşlıq etmişdi.