“Adidas” Suaresdən narazıdır

“Adidas” Suaresdən narazıdır

Almaniyanın idman ləvazimatları istehsal edən "Adidas” şirkəti bu brendin səfirlərindən biri olan Luis Suaresdən narazı qalıb. Şirkət öz səfirinin "Liverpul” -”Çelsi” qarşılaşmasında yol verdiyi qeyri-etik hərəkətini bəyənməyib. Xatırladaq ki, həmin oyunda "Liverpul”un hücumçusu Luis Suares rəqib komandanın müdafiəçisi Branislav İvanoviçin əlini dişləyib. "Biz bu hadisəyə çox ciddi yanaşır və Suaresi qınayırıq. "Adidas” şirkəti ilə müqaviləsi olan hər bir futbolçudan xüsusi davranış tələb edirik. Onlar öz davranışları ilə şirkətin adını uca tutmalı, həmçinin futbolun gözəlliyinə xələl gətirməməlidirlər”, - deyə şirkətin bəyanatında bildirilir.