“Messi fantastik oyunçudur, amma Kriştianu Ronaldo daha güclüdür”

“Messi fantastik oyunçudur, amma Kriştianu Ronaldo daha güclüdür”


Braziliya yığmasının baş məşqçisi Luiz Felipe Skolari "Real”ın hücumçusu Kriştianu Ronaldo ilə "Barselona”nın forvardı Lionel Messini müqayisə edib. 64 yaşlı mütəxəssis belə deyib: "Messi fantastik oyunçudur, amma Kriştianu Ronaldo daha güclüdür. "Barselona”nın futbolçuları argentinalını komandanın ulduzu kimi qəbul edirlər. Lakin məndə elə təsəvvür yaranıb ki, "Real”da digər futbolçular Ronaldoya paxıllıq edirlər. Bütün bunlara baxmayaraq, Kriştianu Ronaldo Messidən geri qalmır. Fikrimcə, məhz o, dünyanın ən yaxşı oyunçusudur”.
Qeyd edək ki, Luis Felipe Skolari 2003 - 2008-ci illərdə Portuqaliya milllisində baş məşqçi olduğu vaxt Kriştianu Ronaldu onun rəhbərliyi altında çıxış edib.