Braziliyanın "Santos” klubunun gənc hücumçusu Neymara aylıq jurnal həsr olunacaq. "Sambaçı”nın əməkdaşlıq etdiyi "Panini” şirkəti belə bir təşəbbüs göstərib. Ayda bir dəfə dərc olunan və əyləncə xarakteri daşıyan jurnalın 64 səhifədən ibarət olacağı və cəmi 3,9 dollara satılacağı bildirilir. Jurnalda Neymarın obrazını "Neymarjinyo” adlı qəhrəman yaradacq. Jurnalın süjet xətti "Neymarjinyo”nun macəraları əsasında qurulacaq.