Ağsuda mini futbol yarışları

Ağsuda mini futbol yarışları

Ağsu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər stadionunda məktəblilər arasında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş mini futbol yarışları keçirilir.
Aprelin 30-dan başlayan və üç gün davam edəcək yarışlara 11-14 yaşlarında olan məktəbli idmançılar qatılıblar. Dairəvi sistem üzrə keçirilən yarışlarda rayonun ümumtəhsil məktəblərindən 6 komanda iştirak edir. Yarışların açılış mərasimində çıxış edənlər mayın 10-da anadan olmasının 90 illik yubileyini qeyd edəcəyimiz görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, ayrı-ayrı sahələrin, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Həmçinin bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi töhfələrdən, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan bəhs edilib.
Sonra püşkatma keçirilib. Püşkatmanın nəticələrinə görə, ilk turda Ağsu şəhərindəki 1 və 5 nömrəli, 2 və 3 nömrəli, şəhər 4 və Pirhəsənli kənd tam orta məktəblərinin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada şəhərdəki 2 və 5 nömrəli, həmçinin Pirhəsənli kənd məktəblərinin komandaları qələb qazanıblar.