Zərdabda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatıb. Çempionata aprelin 10-da start verilib və mayın 10-da, ulu öndərin doğum günündə yekunlaşıb.
Yarışın təşkilində məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü qeyd edilməsi, rayonda futbolun kütləviliyinin təmin edilməsi, gənclərin idmana cəlb edilməsi, onların asudə vaxtlarının təşkili, respubilka turnirində iştirak etmək ücün rayon komandasına namizədlərin seçilməsi, futbolçularin idman dərəcələrinin artırılması və təkmilləşdirilməsidir. Ümumilikdə, 15 komandada 400-ə qədər idmançının iştirak etdiyi, 3000-ə yaxın tamaşaçının izlədiyi çempionatda I yerə Qaravəlli kənd komandası, II yerə isə Hüseyinxanlı kənd komandası layiq görüldülər.
Qalib komandalar Zərdab Rayon Gənclər və İdman Idarəsinin kubok, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.