Atletimiz Polşada gümüş medal qazanıb

Atletimiz Polşada gümüş medal qazanıb

Qış mövsümünün nüfuzlu yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib.

Olimpnews.az saytının məlumatına görə, yarışda üçtəkanla tullanma növündə Azərbaycanı Aleksis Copello təmsil edib. Madrid mərhələsinin 4-cüsü olan Aleksis Torunda 16,89 nəticə göstərərək yarışın gümüş mükafatçısı olub.