Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat olub. "Euro Fight” klubunun direktoru Aydın Əhmədov AKF-nin peşəkarlar üzrə vitse-prezidenti vəzifəsini icra edəcək. AKF-nin prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində bu cür təyinatlar gələcəkdə də olacaq: "Sıralarımız genişlənir. "Euro Fight” klubunun direktoru Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olan marağı artırmaqdır”. Qeyd edək ki, Aydın Əhmədov AKF-nin tərkibində yer alan "Euro Fight” klubunun direktoru olmaqla yanaşı, "Premium Travel” şirkətinin rəhbəridir.