Lebron Ceyms beysbol oynayacaq?

Lebron Ceyms beysbol oynayacaq?




Beysbol üzrə aşağı liqanın "Lixay Velli AyronPirs” komandası NBA-nın ulduz basketbolçusu Lebron Ceymsi onlarla oynamağa dəvət edib.

"Olimpnews.az" xəbər verir ki, "Lixay Velli AyronPirs” "Filadelfiya Fillis” komandasının altqurumudur və Pensilvaniyada fəaliyyət göstərir. Klub əfsanəvi basketbolçu Lebron Ceymsə digər ulduz oyunçu Maykl Cordanı misal gətirərək basketboldan beysbol idman növünə keçməyi təklif ediblər.

Məlumat üçün bildirək ki, Maykl Cordan 1994-cü ildə aşağı liqada "Birmingem Barons” beysbol komandasında oynayıb. Bu matçdan sonra əfsanəvi oyunçu yenidən basketbola qayıdaraq daha 3 dəfə çempionluq sevinci yaşayıb. Maykl Cordan NBA tarixində 6 qat çempiondur. 
Lebron Ceymsin isə hesabında hələlik 3 qələbə var.