Kişi voleybolçulardan ibarət "Sərhədçi” klubu avrokuboklara qatılmayacaq. Bu barədə Yüksək Liqa təmsilçisinin rəhbərliyi qərar verib. Belə ki, Ziya Rəcəbovun yetirmələri ölkə çempionatında ikinci olduğundan ən azı "Çelenc Cup”da iştirak etməli idilər. Son anadək "Sərhədçi”nin beynəlxalq arenada debüt edəcəyi də gözlənilirdi. Lakin klub rəhbərliyinin toplantısında avrokuboklara getməmək qərara alınıb.