Qadın voleybolçular arasında Millətlər Liqasının Çində keçirilən final mərhələsi başa çatıb. Turnirin final və üçüncü yer uğrunda oyunları keçirilib. İlk matç Braziliya ilə Çin arasında oynanılıb. Hər üç setdə üstün olan meydan sahibləri 3:0 hesablı qələbə qazanmağa müvəffəq olublar. Bununla da turnirin bürünc medalını çinlilər qazanıb.
Finalda isə Azərbaycan yığmasının DÇ-2018-dəki rəqibi ABŞ Türkiyə ilə üz-üzə gəlib. Azarkeşlər bu dəfə maraqlı oyuna tamaşa ediblər. Tay-brekə qədər davam edən oyunda amerikalılar 3:2 hesablı qələbəyə seviniblər.
Millətlər Liqası
1 iyul
3-cü yer uğrunda oyun
Braziliya - Çin - 0:3 (18:25, 22:25, 22:25)
Final
Türkiyə - ABŞ - 2:3 (25:17, 22:25, 28:26, 15:25, 7:15)