Yanvarın 12-13-də Şağan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Vətən” kikboksinq klubunun açıq birinciliyi keçiriləcək. Azərbaycan Kikboksinq Federasiyası, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və "Vətən” idman klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda əsas məqsəd kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinqin inkişafı, bu idman növünün kütləviliyinə nail olmaq, gənclərin sağlam və milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda idman klubunun yığma komandasının komplektləşdirilməsindən ibarətdir. Komandaların gəlmə və çəki günü yanvarın 12-i saat 16.00-dan 20.00-a kimi "Vətən” kikboksinq klubunun zalında keçiriləcək. Yarış Beynəlxalq WAKO qaydalarına uyğun Lou-Kik və Kik-layt versiyaları üzrə təşkil olunacaq.