Olimpiya təsnifat oyunlarına hazırlıq başlayıb

Olimpiya təsnifat oyunlarına hazırlıq başlayıb


Voleybol üzrə qadınlardan ibarət millimiz Braziliyada təşkil olunacaq Olimpiya təsnifat mərhələsinə hazırlıq xarakterli təlim-məşqlərə start verib.
Millimiz iki komanda formatında təlim-məşqlər təşkil edib. Olimpiya təsnifat mərhələsində iştirak edəcək voleybolçuları milli komandanın baş məşqçisi Ciovanni Kaparara hazırlıq prosesi keçən hər iki komandadan seçəcək.
Qeyd edək ki, Qızıl Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra voleybolçulara bir həftəlik istirahət verilmişdi. Braziliyada millimiz D qrupunda Dominikan Respublikası, Kamerun, Braziliya yığmaları ilə bir qrupda mübarizə aparacaq.