Koronavirusa görə lisenziya xarakterli turnirlərin müddəti uzadıldı

Koronavirusa görə lisenziya xarakterli turnirlərin müddəti uzadıldı

Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusun yayılması səbəbindən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salsa da, təsnifat dövrünü uzadıb. Lisenziya xarakterli turnirlər iyunun 30-na qədər davam edəcək. Bu
barədə İJF-in İcraiyyə Komitəsinin martın 10-da keçirilən iclasında məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası bundan əvvəl Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-prilərinin baş tutmayacağı barədə məlumat yayıb.