Qitə çempionatları Tokio Olimpiadasına lisenziya xalları verəcək

Qitə çempionatları Tokio Olimpiadasına lisenziya xalları verəcək

Cüdo üzrə Avropa çempionatları gələn il keçiriləcək Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
Adı çəkilə yarışlar bu ilin noyabrında Çexiyada, 2021-ci ilin aprelində isə Portuqaliyada təşkil olunacaq.
Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışlarda ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-cü yerin sahibləri 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252, 182 əmsal xalına yiyələnəcəklər.