Təxirə salınan yarış payızda təşkil ediləcək

Təxirə salınan yarış payızda təşkil ediləcək

Koronavirus pandemiyasına görə təxirə salınan​ kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı payızda baş tuta bilər.​

"Olimpiyadunyasi.com" Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçı Azərbaycan Gimnastika Federasiyası yarışı bu ilin payızında keçirmək istədiyini təsdiqləyib.​

Yeni tarixin hazırda müzakirə olunduğu və qərarın mayın sonlarında veriləcəyi vurğulanıb.​

Qeyd edək ki, Avropa çempionatı​ 27 - 31 mayda Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmalı idi.​